Bakı
12.06.2023
Vakansiyanın təsviri
- Şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək;
- Strateji və taktiki auditi planlaşdırmaq;
- Portfel şirkətlərdə (PŞ) Daxili Audit işinin təşkili və həyata keçirilməsini istiqamətləndirmək;
- PŞ-lər üzrə audit planı və prosedurlarını hazırlamaq və icrasını həyata keçirmək;
- PŞ-lərdə audit yoxlamalarının icrasına nəzarət etmək;
- Şöbədaxili iş bölgüsünü aparmaq, şöbə işçilərinin vəzifələrinin vaxtında və düzgün icrasına nəzarət etmək;
- Departamentin fəaliyyətinin təşkil və idarə olunmasında departament müdirinə dəstək göstərmək.
Xüsusi tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
- Audit (daxili/kənar), maliyyə və ya mühasibatlıq sahəsində ən azı 7 il iş təcrübəsi;
- Korporativ idarəetmə, daxili nəzarət və risklərin idarə olunması sahəsində bilik və bacarıqlar;
- Daxili Auditorlar İnstitutunun Standartlarının və təlimatlarının tətbiqi üzrə bilik və bacarıqlar;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları üzrə biliklər;
- CIA, ACCA, CFE, CRMA kimi peşəkar kvalifikasiyalardan birinin mövcudluğu;
- Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- MS Office proqramlarında səlis işləmək bacarığı;
- Səlahiyyətində olan əməkdaşların tapşırıqlarını düzgün yönəltmək bacarığı;
- Təşəbbüskarlıq, idarəetmə, komanda qurmaq bacarığı;
- Yüksək ünsiyyət bacarığı (aktiv dinləmə, fikirlərin sərbəst formalaşdırılması və s.).
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |