-1 C
Baku
Sunday, December 15, 2024

Portfelin idarə olunması şöbəsinin mütəxəssisi – Bank Respublika ASC

0
Portfelin idarə olunması şöbəsinin mütəxəssisi – Bank Respublika ASC
05.04.2019

Bank Respublika ASC «Portfelin idarə olunması şöbəsinin mütəxəssisi» vəzifəsi üzrə vakansiyalar elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Kredit sifarişlərinin təhlili və qiymətləndirilməsi;
• Kredit risklərinin düzgün ölçülməsi, keyfiyyətli satışı təmin etmək;
• Məhsul şərtləri və scorinq sistemləri barədə ətraflı biliyə malik olmaq;
• Pərakəndə kreditlər üzrə ümumi portfelin keyfiyyətinə nəzarət etmək;
• Kredit portfelinin mütəmadi təhlilini aparmaq və hesabatlar hazırlamaq;
• Kredit sahəsi üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ya İngilis dili arzuolunandır; 
• İstehlak krediti məhsulları haqqında məlumatlılıq;
• Müstəqil və əsaslandırılmış qərar qəbul etmə bacarığı;
• Analitik düşüncə tərzi, müxtəlif vəziyyətlərə uyğun həllər təklif etmə bacarığı.

 Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 aprel 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində «Portfelin idarə olunması şöbəsinin mütəxəssisi» şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə