12 C
Baku
Thursday, March 28, 2024

PR Menecer – Kontakt Home

0
PR Menecer – Kontakt Home
15.04.2019

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: PR Menecer

Zəruri tələblər:

• PR və Marketing sahəsində iş təcrübəsi 3 ildən artıq olmalıdır
• Uyğun sahədə ali təhsil arzu olunandır
• Azərbaycan, rus dillərində mükəmməl bilməli, ingilis dilini bilməsi arzu olunandır
• Professional etik davranışları, vicdanlı və ədalətlilik prinsipini əsas tutmalıdır

Vəzifələr:

• Şirkətin PR və Reklam strategiyasının hazırlanması;
• PR kanallarının düzgün seçilməsi;
• PR və Reklam işlərinin aparılmasına birbaşa nəzarət;
• PR və Reklam büdcəsinin idarə edilməsi və optimallaşdırılması;
• Müstəqil şəkildə təqdimat,satışa meylli mətnlər,press-reliz, hesabat hazırlamaq və həyata keçirmək;
• Yerli reklam firmaları, jurnal və e-qəzet, o cümlədən ictimai media ilə əlaqələr yaratmaq

İş barədə məlumat

– İş qrafiki: I-V günlər, 09:00-18:00
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “PR Menecer” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaMenecer