9 C
Baku
Friday, December 13, 2024

Problemli Kreditlər üzrə ekspert (Sumqayıt filialı) – Bank of Baku

0
Problemli Kreditlər üzrə ekspert (Sumqayıt filialı) – Bank of Baku
Sumqayıt
08.06.2021

Vəzifə: Problemli Kreditlər üzrə ekspert (Sumqayıt filialı)

Əsas vəzifə və öhdəliklər

– Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
– Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
– Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.

Seçim meyarları

– Ali təhsil
– Kredit təhlili sahəsində təcrübə (mikrokredit təcrübəsi üstünlükdür)
– Səlis nitq qabiliyyəti
– İnandırma qabiliyyəti və məqsədyönlülük
– Azərbaycan dili biliyi – əla;
– MS Office proqramlarında işləmək bacarığı

İş şərtləri

– İş yeri: Sumqayıt filialı
– İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Problemli kreditlər – Sumqayıt qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi