Procurement Specialist
PAŞA Bank Satınalmalar üzrə Mütəxəssis axtarışındadır.
Vəzifənin məqsədi
Bankın struktur vahidlərinin biznes məqsədləri üçün lazım olan malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi.
Vəzifə Öhdəlikləri
– Bankın satınalma/ təchizat zənciri ehtiyaclarının qarşılanması
– Qiymətləndirmə prosesinin səmərəli təşkili və icrası (öz kateqoriyası çərçivəsində)
– Bazar araşdırmaları üzrə kiçik və orta satınalma prosesinin icrası
– Katertovkalar və Tenderlərin icrası
– Müqavilənin tərtibatı
– Düzgün satıcı düzgün qiymət prinsipinə əsaslanaraq satınalmanın həyata keçirilməsi
– Satınalma siyasətinə uyğun olaraq bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi
– Satınalma və Təchizat zənciri siyasətinin, sorğu formasının, təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası
– Təchizatçılara dair məlumat bazasının yenilənməsi
– Bank tərəfindən qoyulan qənaət gözləntisinin təmin edilməsi
– Təchizatçılar ilə əlaqələrin tənzimlənməsi
– Satınalma fəaliyyəti, sifariş üzərində iş, digər kargüzarlıq və inzibatçılıq işləri
– Bank tələblərinə uyğunluğun təmin edilməsi üçün təchizatçı və müqavilələrin icrasına nəzarətinin həyata keçirilməsi
– Şöbəyə aid olan bütün tələbləri müvafiq daxili və xarici qaydalara uyğun olaraq yerinə yetirilməsi
Tələb edilən bilik, bacarıq və təcrübə
• Təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Satınalma və təchizat zəncirinin idarə edilməsi və ya Satış sahəsində minimum 2 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Satınalma sahəsi üzrə sertifikata üstünlük verilir/CİPS.
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı).
• Kompüter bilikləri: sərbəst istifadəçi
• Bazar biliyi: müvafiq kateqoriya üzrə yerli bazarı tanıması tələb olunur.
• Digər: Güclü ünsiyyət bacarığı, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Satınalmalar üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |