9 C
Baku
Friday, November 15, 2024

Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps) – Bank Respublika ASC

0
Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps) – Bank Respublika ASC
Bakı
10.03.2021

Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində “Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps) vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Cİ/CD Proseslərinin tətbiqi, prakitiki billiklər;
• Monitoring sistemləri ilə işləmə baçarıqları;
• Microservis arxitekturalı sistəmdə avtomatlaşdırılma və xətaların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
• Linux ƏS-ri (CentOs,Ubuntu,Alpine) sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
• DevOps Tools – Docker, K8s/Nomad, Git, Vault, Consul, Gitlab CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
• Scripting – Bash, Python;
• Monitoring tools: Nagios, Prometheus/Grafana
• WebServer: Apache+Php, Nginx,Tomcat
• DB və cache, MQ: PostgreSql, Mongo, Redis, Memcache, Rabbitmq;
• Virtualizasiya – VmWare,VirtualBox;
• Azərbaycan dili (əla), Rus və İngilis dillərinin yaxşı səviyyədə olması arzuolunandır;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 mart 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi