9 C
Baku
Friday, December 13, 2024

Proqram təminatı şöbəsinin aparıcı mütəxəssisi (Sistem administratoru) – Bank Respublika ASC

0
Proqram təminatı şöbəsinin aparıcı mütəxəssisi (Sistem administratoru) – Bank Respublika ASC
25.06.2019

Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinə, “Proqram təminatı şöbəsinin aparıcı mütəxəssisi (Sistem administratoru)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Sistem inzibatçılığı üzrə vəzifənin icrası;
• Əsas və rezerv saytlarda avadanlıqların quraşdırılması, qurğularda yaranmış proqram və avadanlıq nasazlıqların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
• Server tipli proqram təminatın quraşdırılması, sazlanması və dəstəklənməsi üzrə geniş biliklər və iş təcrübəsi;
• Linux ƏS-ri, Microsoft Windows Server, Microsoft AD, VMware və Sphere sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
• LAN və başqa şəbəkə texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
• Server avadanlığının təmiri və montajı;
• Passiv, aktiv şəbəkənin və server avadanlıqları ilə bağlı başqa avadanlığın montajı;
• Proqram təminatının işində va şəbəkəda nasazlıqların axtarışı və aradan qaldırılması üzrə bacarıqlar;
• Kesintisiz enerji təchizatı və soyutma sistemləri üzrə biliklər və iş təcrübəsi;
• Azərbaycan dili (əla), Rus dili (yaxşı); 
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sistem administratoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT