18 C
Baku
Tuesday, April 23, 2024

Proqramlaşdırma departamentində Mobil proqram üzrə tərtibatçı (Android) – Yelo Bank

0
Proqramlaşdırma departamentində Mobil proqram üzrə tərtibatçı (Android) – Yelo Bank
Bakı
15.07.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma departamentində Mobil proqram üzrə tərtibatçı (Android)” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

•    Mobil platformaların hazırlanması və modifikasiyası;
•    Mobil bank və informasiya sistemləri üçün layihə müşayəti;
•    Test tapşırıqların hazırlanması və testlərdə iştirak;
•    Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi;
•    Mobil bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi.

Tələblər:

•    Android (Kotlin) platforması istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 2 il iş təcrübəsi (Gradle və ya Android Studio bilikləri-şirkətdə istifadə);
•    Keyfiyyətli kodlaşdırma təcrübəsi;
•    Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə anlayış;
•    Android SDK (API lvl > 14 tam biliklər, API levels (19, 21, 23, 26) müxtəlifliyini anlama bacarığı;
•    MVP, Clean və digər müasir strukturları anlama bacarığı;
•    Android application architecture, Android Memory Management bilikləri;
•    HTTP/ TCP/ UDP, Multithreading & Concurrency, RxJava, Dagger 2 bilikləri;
•    Git ilə işləmə bacarığı, Git-Flow bilikləri;
•    Peşəkar və sürətli inkişaf arzusu;
•    Testlərin yazılma bacarığı arzuolunandır (JUnit, Espresso)
•    Komandada işləmə təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•    Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
•    Könüllü tibbi sığorta proqramına qoşulma;
•    Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Android Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi