Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri (OPEX) – Azersun Holding

    Bakı
    Posted 2 weeks ago

    Vakansiya: Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri (OPEX)

    Vəzifə tələbləri:

    • Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə edilməsi, Proses Mühəndisliyi (və ya Mühəndislik üzrə digər texniki sahələr) ixtisasları üzrə ali təhsili olmalı;
    • MBA təhsili olanlara üstünlük veriləcək;
    • İstehsalatın Təşkili və İdarə edilməsi, Keyfiyyət İdarə edilməsi sahələrində minimal 4 illik iş təcrübəsi olmalı;
    • TPM(Total Productive Maintenance), Lean Manufacturing, KAİZEN və Data Analizi təlimlərini almış və ya tətbiq etmiş olmalı;
    • Proseslərin təkmilləşdirilməsi, statistik proses kontrol və erqonomik mövzularda texniki bilik və təcrübəyə sahib olmalı;
    • 6 Sigma metodu ilə layihə idarə edilməsi təcrübəsinə sahib olmalı;
    • Excel və PowerPoint proqramlarından əla səviyyədə istifadə etməyi bacarmalı;
    • Liderlik bacarığı olmalı;
    • Təlim vermək bacarığı olmalı;
    • Rus və İngilis dili biliyi olanlara üstünlük veriləcəkdir.

    İş təsviri:

    • Beynəlxalq metodların və standartların tətbiqi ilə proseslərin təkmilləşdirilməsi və israfların azaldılması;
    • Proses idarəçiliyi və proses təkmilləşdirilməsi layihələrinə rəhbərlik edilməsi;
    • Proseslərin idarəedilməsi və prosesin təkmilləşdirilməsi metodologiyaları üzrə təlimlərin verilməsi;
    • Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatların aparılması
    • Məlumat bazalı proses təkmilləşdirmələrinin və bunun üçün infrastrukturun yaradılması və idarə edilməsini təmin etməli
    • Müəsissə işçiləri ilə birlikdə proseslərin inkişaf etdirilməsi üçün təkmilləşdirmə fəaliyyətlərinin həyata keçirilməsi;
    • Aylıq və dövri hesabatlara əsasən data analizi apararaq, nəticələri rəhbərliyə məruzə edilməsi;
    • Tədarükçüdən müştəriyə qədər olan proses axışını yerində izləyərək Dəyər Axış Xəritəsinin çıxartılması;
    • Mövcud biznes proseslərin təkmilləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanılması;
    • İstehsalat müəssisəsində proseslər, əməliyyatlar və məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlilinin edilməsi;
    • Proseslər və Məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
    • İstehsalat və Biznes prosesləri üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydaların təkmilləşdirilməsi və yenilənməsi
    • İşçi heyətinə təlimlərin keçirilməsi, yüksək ixtisaslılıq səviyyəsinin təmin olunması və qorunub saxlanması;

    Əlavə məlumat:

    Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
    Email-in mövzu hissəsində “Proseslərin Təkmilləşdirilməsi üzrə Şöbə Müdiri(OPEX)” qeyd etməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.