10 C
Baku
Wednesday, December 11, 2024

Biznesə nəzarət üzrə analitik – Araz Supermarket

0
Biznesə nəzarət üzrə analitik – Araz Supermarket
Bakı
27.04.2021

Araz Supermarketlər Şəbəkəsi Biznesə nəzarət üzrə analitik (Maliyyəçi-analitik) vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

– İdarəetmə hesabatlarının hazırlanması;
– Büdcə və maliyyə proqnozlarının hazırlanması;
– Biznes komandasına qərarların qəbul edilməsində dəstək göstərilməsi;
– Makroiqtisadi təhlilərin aparılması;
– Maliyyə nəticəsinə əsasən Biznes Strukturları üçün Fəaliyyət planlarının hazırlanması, hədəflərin təyin edilərək izlənməsi

Tələblər:

– Ali təhsil (İqtisadiyyat və maliyyə sahəsində arzuolunandır) ;
– Müvafiq istiqamət üzrə minimum 1 ildən başlayaraq iş təcrübəsi;
– Maliyyə, analitika, cost control istiqamətində iş təcrübəsi;
– Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
– İngilis dili biliyi üstünlükdür;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
– Kompüter bilikləri (MS Office, Excel yüksək səviyyədə)

Təminatlar:

– Servis xidməti;
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Maliyyəçi-analitik” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər