Prosessinq Mərkəzinin Rəqəmsal həllər və İT şöbəsində Baş mühəndis və mühəndis proqramçı
Namizədə dair tələblər:
• Ali təhsil
• Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi
• SQL, PL/SQL, JAVA və Linux üzrə biliklər
• Baş mühəndis üçün Bank və prosessinq sahəsində minimum 3 il iş təcrübəsi
• Ödəniş sistemləri ilə iş üzrə təcrübə
• API–lərlə işləmə bacarığı
• Yeni texnologiyaları öyrənmə həvəsi
• Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti.
Vəzifə öhdəlikləri:
• Proqram təminatının fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi
• Proqram təminatının fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi, aradan qaldırılması
• Proqram təminatının iş prosesində baş verən dayanmaların və məlumatın emal edilməsində keyfiyyət və surətin aşağı düşməsi səbəblərinin araşdırılması və meydana çıxan çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi
• Proqramların düzgün işləməsinə dair avtomatik nəzarət sisteminin hazırlanması və tətbiqi
Əmək haqqı: Mühəndis proqramçı – 1500 AZN
Baş mühəndis proqramçı – 3000 AZN
CV-lərinizi atb.az saytının Karyera bölməsinə keçid edib və ya vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |