9 C
Baku
Thursday, December 12, 2024

Qəza komissarı (İsmayıllı regionu üzrə) – Ateshgah Sigorta

0
Qəza komissarı (İsmayıllı regionu üzrə) – Ateshgah Sigorta
İsmayıllı
01.12.2020

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

İŞ PROFİLİ

Qəza komissarı (İsmayıllı regionu üzrə)

Namizədə tələblər:

• Yaş: 25-40
• Cinsi: kişi
• Təhsil: Ali və ya orta texniki
• İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla),Rus dili (orta)
• Microsoft Office proqramlarını, İnternet Explorer-dən istifadə qaydalarını;
• B kateqoriyalı sürücülük vəsiqəsi olmalı
• Mütləq şəxsi avtomobili olmalı
• Namizədin yaşayış yeri: İsmayıllı rayonu

Əsas vəzifə öhdəlikləri:

• Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
• Hadisənin foto və video çəkilişlərini aparmaq
• Hadisəni rəsmiləşdirmək
• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
• Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir

Şəxsi keyfiyyətlər:

• Məsuliyyətli
• Stressə davamlı
• Avtomobilin texniki hissələri haqda anlayışın olması
• Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışın olan

İş şərtləri:

• Əmək haqqı ilk üç ay sınaq müddəti ərzində 400 AZN, sınaq müddətindən sonra 500 AZN
• Yanacaq pulu verilir
• Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir.

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilərlər (məktubun mövzu bölməsində vakansiyanın adını Qəza komissarı (İsmayıllı regionu üzrə)qeyd etmək mütləqdir )

 

İşin aid olduğu sahə

KateqoriyaSığorta