9 C
Baku
Friday, December 13, 2024

Qəza komissarı – mütəxəssis (Gəncə) – PASHA Insurance

0
Qəza komissarı – mütəxəssis (Gəncə) – PASHA Insurance
26.02.2021

“PAŞA Sığorta” ASC Gəncə regionu üzrə “Qəza komissarı – mütəxəssis” vakansiyası elan edir

Vəzifə və Öhdəliklər:

• Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
• Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
• Müştərinin müraciəti əsasında IMS Protech elektron bazasında hadisə üzrə müraciətin daxil edilməsi;
• Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;
• Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;
• Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;
• Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
• Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
• Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;
• Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin IMS Protech elektron bazasında və ya File Server-də yerləşdirmək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali təhsil;
• Kompüter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
• Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan sərbəst istifadə etmə bacarığı, rus və ingilis dilinin işlək səviyyədə olması.

TƏCRÜBƏ

• Minimum 2 il iş təcrübəsi. Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum iş təcrübəsi arzuolunandır.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Problemlərin həlli bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Liderlik;
• Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 10 Mart 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını – Qəza komissarı – mütəxəssis-Gəncə “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta