Bakı
06.02.2023
Vakansiyanın təsviri
- Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
- Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
- Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
- Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
- Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
- Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
- Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
- Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət;
- Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.
Xüsusi tələblər
- İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta.
- Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması, Rus dilinin orta səviyyədə biliklərin olması, Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi, SQL, R və Python proqramlaşdırma biliklərin olması, MS Excel-VBA biliklərin olması.
- Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS PowerPoint: orta.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.
Müraciət üçün (CV): https://pasha-life.az/about/karyera/?career_id=559
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |