-3 C
Baku
Sunday, December 15, 2024

Telesatış üzrə Qrup rəhbəri (Analıq məzuniyyəti) – PASHA Bank

0
Telesatış üzrə Qrup rəhbəri (Analıq məzuniyyəti) – PASHA Bank
Bakı
06.02.2023

İşiniz nədən ibarətdir?

  • Bütün seqmentlər üzrə cari və potensial müştərilərə telefon vasitəsilə əlaqə yaradılmasına, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlara nəzarət;
  • Bütün seqmentlərə aid müştərilər ilə danışıq zamanı müvafiq danışıq mətnlərinin (skriptlərin) yenilənmiş və düzgün olmasına nəzarət edilməsi;
  • Bütün seqmentlərə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılmasına nəzarətin təmin edilməsi;
  • Komanda üzvlərinin davamiyyəti və işlərinin düzgün aparılmasına nəzarət;
  • Komanda daxili və digər əlaqəli strukturlar ilə münasibətlərin tənzimlənməsi və məlumatların düzgün mübadiləsinə nəzarət;
  • Komanda üzvlərinin işinin keyfiyyətinə (daxili və xarici müştərilər ilə danışıq üslubu) nəzarət. Müştəri ilə aparılan danışıqların dinlənilməsi və təyin olunmuş müddət aralığında qiymətləndirilməsi;
  • Məsafədən satış komandasının əməkdaşları tərəfindən görülən işlər üzrə müvafiq hesabatlılığının hazırlanması və bütün maraqlı tərəflər ilə paylaşılması (gündəlik, həftəlik, aylıq, illik və tələb olunanda);
  • Komanda daxili və digər strukturlar ilə yaranan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi;
  • Məsafədən satış komandasının və satışı həyata keçirilən məhsulların inkişafı üçün təkliflərin hazırlanıb maraqlı tərəflərə təqdim olunması;
  • Məsafədən satış komandasının işinin effektivliyinin artırılması üçün yeni proqram təminatlarının araşdırılması;
  • Məsafədən satış komandasının şəxsi inkişaf planının hazırlanması (işləri ilə bağlı təlimlər, sertifikat proqramları və s. iştirakı);
  • Komandanın işində tələb olunan təsərrüfat malları, texniki avadanlıqlar, proqram təminatları və digər xərclərinin müvafiq ilin büdcəsinə daxil edilməsi üçün planın hazırlanması;
  • Müştəri menecerləri və potensial müştərilər üçün görüşlərin təmin edilməsinə, markanın təşviqinə, və şirkət imicinin yüksəldilməsinə xidmət olunmasına nəzarət; Satış sahəsi üzrə tendensiyaları izləyərək müvafiq təşkilat və fəaliyyətlərə qatılmaq; Rəqib bankların təklif etdiyi məhsul və xidmətlərin şərtlərini anlamaq; Bankın imkanlarını və yerli bazarın boşluqlarını müəyyənləşdirmək üçün xarici bazarın izlənilməsinə nəzarət.

Sizdən nə tələb olunur?

  • “Agile” idarəetmə, “Agile” inkişaf, “Scrum Master” və bənzər sahələrdə 3 illik təcrübə;
  • Təhsil: İqtisadiyyat və bənzər digər sahələr üzrə bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-4 il;
  • Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word, Power point);
  • Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq;
  • Əlavə tələblər: Güclü ünsiyyət və idarəetmə bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Müraciət linki