23 C
Baku
Friday, April 26, 2024

Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi – PASHA Life

0
Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi – PASHA Life
Bakı
01.02.2021

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Anderraytinq və qiymətləndirmə departamenti, Qiymətləndirmə və portfel analizi
Vəzifə: Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 10 fevral 2021-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərinin müəyyən edilməsi, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
3. Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
4. Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
5. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
6. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
7. Partnyor banklara və digər təşkilatlara qiymət təklifini təqdim etmək;
8. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
9. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
10. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması

Namizədə olan tələblər:

İş təcrübəsi:İstənilən sahə üzrə ən azı 1 il iş təcrübəsi
Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İnformatika, İqtisadiyyat və ya Statistika ixtisasları üzrə balakavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta;
Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi, MS Office Excel-VBA və SQL proqramlaşdırma bilikləri Magistr dərəcəsi,Rus dili: orta.
Kompüter bilikləri: MS Office Word – əla, MS Office Excel – əla, MS Office Power Point – Orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61

Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta