12 C
Baku
Sunday, September 29, 2024

Qiymətlərin əmələ gəlməsi, tarif və rentabellik şöbəsinin aparıcı iqtisadçısı/iqtisadçısı – Azerbaijan Airlines

0
Qiymətlərin əmələ gəlməsi, tarif və rentabellik şöbəsinin aparıcı iqtisadçısı/iqtisadçısı – Azerbaijan Airlines
Bakı
13.02.2023

Vəzifə öhdəlikləri:

  • Yeni açılan marşrutlar üzrə reyslərin və sifarişli (çarter) reyslərin xərclərini hesablamaq;
  • Qiymətlərin monitorinqini mütəmadi həyata keçirmək və dəyişikliklərə çevik reaksiya vermək;
  • Tariflərin müəyyən edilməsi üçün əlaqədar strukturlarla mütəmadi işin təşkilini təmin etmək;
  • Həyata keçirilmiş uçuşlar barədə statistik məlumatları vaxtında toplamaq və zərərlə həyata keçirilən reyslərin səbəblərini araşdırmaq;
  • Cəmiyyətin bütün fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanmasında iştirak etmək;
  • Yeni istiqamətlər üzrə rentabelli marşrutların müəyyən edilməsi üçün əlaqədar strukturlarla mütəmadi işin təşkilini təmin etmək;
  • Reyslər üzrə rentabelliyin maksimallaşdırılması üzrə təhlillər aparmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə olan tələblər:

  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
  • Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: azərbaycan dili – əla, ingilis dili – yaxşı;
  • Kompüter bilikləri: excel-yaxşı, word-yaxşı, outlook –yaxşı, 1C-yaxşı.

Şəxsi keyfiyyətlər:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • Analitik düşüncə və problemi operativ həll etmə qabiliyyəti;
  • Öz üzərində daima çalışma.

Üstünlüklər:

  • Rus dili biliyi;
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar;

İş rejimi: 

  • Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
  • Qeyd:  Ofis Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
  • Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur.

Müraciət linki