Bakı
13.02.2023
Vəzifə öhdəlikləri:
- Yeni açılan marşrutlar üzrə reyslərin və sifarişli (çarter) reyslərin xərclərini hesablamaq;
- Qiymətlərin monitorinqini mütəmadi həyata keçirmək və dəyişikliklərə çevik reaksiya vermək;
- Tariflərin müəyyən edilməsi üçün əlaqədar strukturlarla mütəmadi işin təşkilini təmin etmək;
- Həyata keçirilmiş uçuşlar barədə statistik məlumatları vaxtında toplamaq və zərərlə həyata keçirilən reyslərin səbəblərini araşdırmaq;
- Cəmiyyətin bütün fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanmasında iştirak etmək;
- Yeni istiqamətlər üzrə rentabelli marşrutların müəyyən edilməsi üçün əlaqədar strukturlarla mütəmadi işin təşkilini təmin etmək;
- Reyslər üzrə rentabelliyin maksimallaşdırılması üzrə təhlillər aparmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə olan tələblər:
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: azərbaycan dili – əla, ingilis dili – yaxşı;
- Kompüter bilikləri: excel-yaxşı, word-yaxşı, outlook –yaxşı, 1C-yaxşı.
Şəxsi keyfiyyətlər:
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma;
- Analitik düşüncə və problemi operativ həll etmə qabiliyyəti;
- Öz üzərində daima çalışma.
Üstünlüklər:
- Rus dili biliyi;
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar;
İş rejimi:
- Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- Qeyd: Ofis Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
- Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur.