2 C
Baku
Sunday, December 15, 2024

Qrup rəhbəri (Quba və Şirvan şəhəri filialları üzrə) – International BOKT

0
Qrup rəhbəri (Quba və Şirvan şəhəri filialları üzrə) – International BOKT
13.06.2019

İnternational Kredit Təşkilatı Quba və Şirvan  filialı üzrə “qrup rəhbəri” vakansiyasını elan edir. !

Qrup rəhbəri üçün Tələblər :

  • Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
  • Maliyyə/Kredit sahəsində minimum 3il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Daxili motivasiya və prinsipiallıq;
  • Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
  • Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
  • Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
  • Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

 

Vəzifə və öhdəlikləri:

  • Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
  • Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək).
  • Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
  • Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;

 

  • Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını və Şəhəri qeyd etməklə göndərə bilərlər. 

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi