10 C
Baku
Thursday, December 12, 2024

Rəqəmsal Frod üzrə Kiçik Mütəxəssis – PASHA Bank

0
Rəqəmsal Frod üzrə Kiçik Mütəxəssis – PASHA Bank
Bakı
30.01.2023

İşiniz nədən ibarətdir?

  • Frod monitorinqinin aparılması;
  • Frod ssenarilərinin effektivliyinə nəzarət edilməsi və effektivliyin artırılması üçün təkliflərin təqdim edilməsi;
  • Frod insidentlərin və əlaqəli şikayətlərin idarəedilməsi;
  • Frod əleyhinə nəzarətlərin və brend zədəsinin mühafizəsi nəzarətlərinin təmin edilməsi üçün monitorinq və yeni e-ticarətçilərin qəbul edilməsi;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımların atılması;
  • Müştərilərin şübhəli əməliyyatlarının və aktivliyinin müəyyən edilməsi ilə bağlı zənglərin edilməsi;
  • Mümkün və ya baş vermiş fırıldaqçılıq hadisələrinin vaxtında qarşısını almaq üçün lazımi məhdudlaşdırma tədbirlərinin icrası;
  • İş prosesinin daxili təlimatda öz əksini tapan SLA çərçivəsində, bloklama mexanizmləri və ya qara siyahılar/ağ siyahılar vasitəsilə idarəedilməsi;
  • Rəhbər tərəfindən verilən yazılı və şifahi tapşırıqların və vəzifələrin icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: Bankçılıq və ya digər əlaqəli sahə üzrə minimum 1 il
  • Xarici dillər: İngilis (orta)
  • Kompüter bilikləri: Verilənlərin analizi alətləri (Excel, BI DWH), əsas bankçılıq sistemləri, kart tətbiqləri, kibertəhlükəsizlik sistemləri üzrə bilik, frodun idarəedilməsi sistemləri
  • Məhsul üzrə biliklər: Kart məhsulları, digər bank məhsulları, qlobal ödəniş təchizat məhsulları, xidmətləri və qaydaları

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi