2 C
Baku
Saturday, December 14, 2024

Şöbə rəisi (Marketinq şöbəsi) – SOCAR

0
Şöbə rəisi (Marketinq şöbəsi) – SOCAR
Bakı
30.01.2023
  • Əmək haqqı: 1934 AZN

Vakansiyanın təsviri

  •  Marketinq sahəsi üzrə SOCAR-ın və “Azneft” İstehsalat Birliyinin vahid siyasətini həyata keçirmək, inkişaf perespektivlərinin hazırlanmasında iştirak etmək;
  • Sənədləşmə və kargüzarlıq işlərinin müəyyən olunmuş qaydalara uyğun həyata keçirilməsinə riayət etmək və şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə təşkilatlarla yazışmalar aparmaq;
  • İllik marketinq planını hazırlamaq və işlərini ona uyğun qurmaq;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Müəssisənin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə, məhsul və xidmətlərin reklamını təşkil etmək;
  • Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarət və təhlilini aparmaq.
  • Müştəri bazasını genişləndirmək;
  • Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə etmək;
  • SOCAR-ın mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq;
  • Müştərilərdən gələn sorğuları cavablandırmaq;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq;
  • Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrasını təmin etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Məsuliyyət
  • Nizam-intizam
  • İdarəetmə
  • Qərarvermə
  • Təşəbbüskarlıq
  • İşi təqib etmə
  • Danışıq aparma
  • Sosiallıq
  • Planlama və təşkiletmə
  • Microsoft Excel
  • Microsoft Outlook
  • Microsoft PowerPoint
  • Microsoft Word
  • Bilməlidir Marketinqin əsas prinsiplərini;
  • Müvafiq sənaye sahəsi üzrə marketinq məlumatlarının mənbələrini;
  • Onlayn rejimdə marketinq üsulları, elektron poçt vasitəsi ilə kampaniyalar və s. haqqında məlumatları;
  • Azərbaycan Respublikasının marketinq və satınalmalar üzrə müvafiq Fərmanlarını, Sərəncamlarını,
  • Qərarlarını və digər qanunvericilik aktlarını;
  • Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi qaydalarını;
  • Kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
  • Kargüzarlıq, sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları