Əsas vəzifə və öhdəlikləri:
- Radio-baza və Transmissiya üzrə mühəndis fəaliyətini, “Simsiz Şəbəkə avadanlıqlarının konfigurasiyaları, istismarı və optimizasiyaları təlimatına”, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
- Radio-baza stansiyalarında , simsiz texnologiya avadanlıqlarında yaranmış nasazlıqların operativ sürətdə aradan qaldırılmasını təmin edir;
- Radio-baza stansiyalarında texniki-istismar prosesləri təmin edir;
- Antena-fider sistemlərin quraşdırılmasına köməklik göstərir və baza stansiya blokların yığılmasını təmin edir;
- Radio-baza stansiyalarının cari və əsaslı təmirini aparır;
- Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
- Yeni avadanlığın quraşdırılmasında və vaxtında istismara verilməsində iştirak edir;
- Sahədə rabitə vasitələrində ölçülərin aparılmasına və istismar proseslərinin modernləşməsinə köməklik göstərir;
- Radio rabitə vasitələrinin və ölçü vasitələrinin texniki istismar qaydalarına riayət edilməsinə, elektrik avadanlığı, qoruyucu torpağabirləşmələrin mühafizəsinin yoxlanılmasını həyata keçirir;
- Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq radiorabitə, cihaz və avadanlığın, simsiz şəbəkəsinin stansiya qurğularının təmir olunmasını təmin edir;
- Departamentin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
- İş yükü artiq olduğu zaman və bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur bölmələrinin işinə dəstək olur;
Kvalifikasiya üzrə tələblər və bacarıqlar:
- Ali Təhsili;
- Simsiz Şəbəkə sahəsi üzrə azı 1 il əmək stajı;
- Sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı;
- Radio rabitəsi üzrə beynəlxalq norma və standartları, radio vasitələrinin texniki istismarı üzrə normativ sənədləri;
- Təhkim olunmuş avadanlıqda texniki xidmətlərin göstərilməsi və təmir işlərinin aparılması qaydalarını;
- Radio-baza stansiyalarının quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, təhkim olunmuş cihaz, avadanlıq, radio sistemlərinin prinsipial, montaj və funksional sxemlərini;
- Radio-baza stansiyalarının dövri texniki xidmət və avadanlığın cari təmiri üzrə normativləri;
- Radio-baza stansiyalarının nasazlıqların axtarılıb tapılması və aradan qaldırılması metod və üsullarını;
- Antena-dirək və fider qurğuların müayinəsi qaydalarını;
- Radiotezliklərin istifadə qaydasını, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların alınma və istismar qaydalarını;
- Azərbaycan dilini mükəmməl bilməlidir (İngilis və Rus dillərini arzuolunandır);
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
- Kompyuter programlarını mükəmməl bilməlidir;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- iş vaxtı: 09:00 – 18:00
- iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Radio-baza və Transmissiya üzrə mühəndis” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]
Son müraciət tarixi: 10.05.2023.
İşin aid olduğu sahə
Kateqoriya | İT |