32 C
Baku
Wednesday, July 24, 2024

Aparıcı mühasib – Milla Dairy

0
Aparıcı mühasib – Milla Dairy
Bakı
17.04.2023

İşin təsviri:

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks edilməsinə , mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə köməklik edilməsi;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesabatlarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərin , məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinə  köməklik göstərilməsi və eyni zamamanda nəzarət edilməsi
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinə, əmək haqqının ödənilməsi hesablarının , dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial-sığorta fonduna ayırmaların və digər ayırmaların tərtibinə köməklik edilməsi və eyni zamanda nəzarətin aparılması;

Tələblər:

  • Təhsil – Maliyyə, Mühasibat uçotu və audit üzrə  ali təhsil ( Magistratura təhsilinin olması üstünlükdür)
  • Satış  və mühasibatlıq üzrə minimal 3-5 il təcrübənin olması ;
  • Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
  • 1C ERP və 8.3 yüksək səviyyədə bilməli
  • Vergi məcəlləsi, mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə geniş biliklər
  • ACCA FA sertifikatı və peşəkar mühasib sertifikatının olması əlavə üstünlükdür.
  • Analitik düşüncə və təhlil bacarığı, peşəsinə yüksək motivasiya ilə yanaşma, səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti

İş şərtləri:

  • İş yeri: Müşfiqabad qəsəbəsi
  • İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
  • Nahar , servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını  “Aparıcı mühasib” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib