Risklərin idarəedilməsi departamentinin direktoru – Turanbank

    Bakı
    Posted 4 weeks ago

    Namizədə olan tələblər:

    • Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
    • Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;
    • Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danıma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
    • Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
    • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
    • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
    • İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
    • Liderlik və işçi heyətini idarəetmə bacarığı;
    • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
    • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

     

    Vəzifə öhdəlikləri:

    • Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
    • Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
    • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
    • Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;
    • Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
    • Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.

    Anketlərinizi  [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “RİED direktoru” yazmağı unutmayın.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.