9 C
Baku
Thursday, December 12, 2024

Risklərin idarəedilməsi departamentinin direktor müavini – Turanbank

0
Risklərin idarəedilməsi departamentinin direktor müavini – Turanbank
Bakı
05.07.2021

Namizədə olan tələblər:

  • Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
  • Ən azı 2 (iki) il bank və ya kredit təşkilatında rəhbərlik təcrübəsi;
  • Rus və İngilis dillərində yazma, oxuma və danışma bacarığı;
  • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
  • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
  • Liderlik və işçi heyətini idarəetmə bacarığı;
  • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

 

 

Vəzifə öhdəlikləri:

  • Bankın strategiyasının hazırlanmasında iştirak edir, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
  • Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
  • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
  • Beynəlxalq praktika və yerli qanunvericiliyə əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, müasir risklərin idarə olunması sisteminin yaradılmasını təmin etmək;
  • Bankın risklərinin müəyyənləşdirilməsi (tanınması), qiymətləndirilməsi (təhlili) və onlara nəzarət mexanizmlərinin qurulması üzrə metodologiyanın hazırlanmasına dəstək vermək;
  • RİED-in fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Anketlərinizi  [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “RİED direktor müavini” yazmağı unutmayın.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi