Risklərin idarəolunması (maliyyə) üzrə mütəxəssis – PASHA Insurance

    Bakı
    Posted 6 months ago

    PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Risklərin idarəolunması (maliyyə) üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Vəzifə və Öhdəliklər:

    • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
    • Maliyyə risklərin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək;
    • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
    • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
    • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
    • Risk iştahının hazırlanmasında iştirak etmək;
    • Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
    • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
    • Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
    • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;
    • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

    BİLİKLƏR

    • Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya MBA təhsili;
    • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır);
    • Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.

    TƏCRÜBƏ

    • Risklərin idarə olunması, maliyyə və ya audit üzrə minimum 1 il təcrübə (Big4 şirkətləri, sığorta şirkətlərinin birində və ya bank təcrübəsi olan namizədlərə üstünlük verilir);

    BACARIQLAR

    • Təqdimat bacarıqları;
    • Komandada işləmək bacarığı;
    • Yaxşı ünsiyyət bacarığı;
    • Məntiqi və analitik düşüncə;
    • Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
    • Stressə davamlılıq;
    • Təşəbbüskarlıq;
    • Məqsədyönlülük;
    • Emosional stabillik və məsuliyyətli olmaq;
    • Böyük məlumat bazaları ilə işləmək bacarığı;
    • Modelləşdirmə.

    Son müraciət tarixi: 26 Fevral 2021-ci il.

    Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

    Job Features

    Job CategorySığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.