21 C
Baku
Saturday, May 4, 2024

Vergi uçotu üzrə mühasib – PASHA Travel

0
Vergi uçotu üzrə mühasib – PASHA Travel
Bakı
11.02.2021

PAŞA Travel MMC şirkəti Vergi uçotu üzrə mühasib (mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir!

Əsas vəzifə öhdəlikləri

• Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
• Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maya dəyəri uçotunun, anbar əməliyyatlarının və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasının, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalq və daxili mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması
• İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialin 1C sisteminə yerləşdirilməsi;
• Hesablar planının, eləcə də hesablar planı təlimatının tam şəffaf tətbiq edilməsini təmin etmək
• Vergilərin hesablanması, mənfəət vergisi, muzdlu işlə bağlı vergilər, gəlir vergisi, ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergilər, sosial ayırmalar və s. kimi bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
• E-qaimələrin vergi portalında hazırlaması və 1C sistemində idarə edilməsi;
• ƏDV uçotunun dəqiq aparılması və ƏDV əvəzləşmələrinin icra edilməsi
• Əsas vəsaitlərin uçotunun apraılmasının təşkili
• Vergi yoxlamaları (səyyar və kameral) zamanı auditorlarla işləri koordinasiya edilməsi və tələb olunan məlumatların vaxtında və dəqiq təmin edilməsi.
• Vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq
• Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması.
• Gömrük bəyannamələrinin yoxlanması, izlənməsi və emal edilməsi.
• Vergi hesablamalarının və ödəmələrinin şəxsi vərəqə ilə üzləşdirilməsi.
• Təxirə salınmış vergilərin hesablanması.
• Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi.
• Şirkətin vergi və mühasibatlıq prosedurlarında səmərəliliyin artırılması üçün təkliflərin hazırlanması və onları tətbiqi.
• Mühasibatlıq və vergi qanunvericiliyində baş verən dəyişiklikləri izlənilməsi və müvafiq olaraq şirkətin vergi uçotunun tənzimlənməsi
• Maliyyə direktorunun verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.

Tələblər

• İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi;
• Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi;
• Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı;
• Vergi konsaltingi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
• Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması;
• ACCA/CİMA/CPA peşəkar ixtisasartırmasının mövcudluğu arzuolunandır;
• Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
• Hesabatların hazırlanması və yazı bacarıqları;
• Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
• Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
• Yaxşı ünsiyyət qurma bacarığı;

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib