“Rabitəbank” ASC Risklərin idarə edilməsi departamentinin, Kredit və bazar riskləri şöbəsinə ekspert və ya şöbə rəisi müavini vakansiyası üzrə işə qəbul elan edir.
Əsas vəzifələr:
– Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
– Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarətini etmək;
– Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin vermək;
– Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək.
Namizədə olan tələblər:
– Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
– Kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
– Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
– MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı (SQL bilikləri arzuolunandır);
– Riyazi, statistik və ekonometrik biliklər;
– Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işlənmə bacarığı;
– Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
– Komandada işləmək bacarığı;
– Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin eksperti və ya şöbə rəisi müavini” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |