22 C
Baku
Thursday, April 25, 2024

Riteyl Bankçılıq Departamenti, Partnyorlarla iş şöbəsinin Baş mütəxəssisi \ Ekspert – Rabitəbank

0
Riteyl Bankçılıq Departamenti, Partnyorlarla iş şöbəsinin Baş mütəxəssisi \ Ekspert – Rabitəbank
Bakı
30.06.2021

“Rabitəbank” ASC Riteyl Bankçılıq Departamenti, Partnyorlarla iş şöbəsinə Baş mütəxəssis / Ekspert  vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə üzrə olan öhdəliklər:

– Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;

– Potensial dövlət, özəl müəssələrin əməkdaşları ilə görüş, təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;

– Pərakəndə bazarı araşdırmaq, rəqib banklar, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;

– Bankın məhsul və xidmətlərini özünə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;

– Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu ölçür, müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;

– Banka yeni cash back (gələcəkdə taksit olarsa, taksit) üzrə Partnyorların cəlb olunması.

– Banka riteyl kreditlər üzrə Partnyorların cəlb olunması. Həmin Partnyorlar üzrə kreditlərin və kartmane kredit kartların verilməsi prosesinə nəzarətin edilməsi.

– Şirkət və idarələrlə görüşlərin keçirilməsi, bankın kredit və kart məhsulları üzrə satışların həyata keçirilməsi ilə bağlı prezentasiyaların təqdim olunması.

– Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;

– Şöbə rəisi və departament direktoruna hesabatları təqdim etmək.

 

Vəzifəyə olan tələblər:

– Ali təhsilin olması;

– Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

– Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;

– Müvafiq sahədə iş stajı azı 5 il

– Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;

– Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini orta səviyyədə bilmək;

– MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla İş şöbəsi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi