10 C
Baku
Thursday, December 12, 2024

Risklərin idarə edilməsi şöbəsi üzrə Böyük mütəxəssisi – Azərbaycan Dəmir Yolları QSC

0
Risklərin idarə edilməsi şöbəsi üzrə Böyük mütəxəssisi – Azərbaycan Dəmir Yolları QSC
Bakı
29.01.2021

Vakansiyanın adı: Böyük mütəxəssis
Vakansiyanın kodu: V210127-2
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, Risklərin idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan komputer bilikləri: MS Office – yaxşı;
MS Excell – yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı;
Rus dili – orta.

Vəzifə üzrə tələb olunan biliklər :

– Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər;
– Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktlar, əmr, qərar və sərəncamlara dair biliklər;
– İqtisadiyyat, idarəetmə, əmək qanunvericiliyi və marketinqin əsaslarına dair biliklər;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına dair biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Ümumi fərdi keyfiyyət meyarları:

– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

– Problem həlletmə;
– Analitik düşüncə;
– Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri:

– Daxili audit və ya risklərin idarə edilməsi sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
– Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır (C31000, FRM);
– Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır;
– Magistr dərəcəsi arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
– Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
– Təşkilatda aparılan biznes proseslərinin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
– Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
– Daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
– Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
– Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması;
– Daxili insident menecment sisteminin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi;
– İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması, səbəblərin araşdırılması və təhlili;
– Təşkilatda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
– Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
– Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
– Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.

Son müraciət tarixi: 10.02.2021
Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1155#vp

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları