24 C
Baku
Thursday, April 18, 2024

Transformasiya Akademiyasında İT mütəxəssislərinin hazırlanması proqramı – Bank Respublika ASC

0
Transformasiya Akademiyasında İT mütəxəssislərinin hazırlanması proqramı – Bank Respublika ASC
Bakı
29.01.2021

Transformasiya Akademiyasında İT mütəxəssislərinin hazırlanması proqramı

“Bank Respublika” ASC informasiya texnologiyaları və proqramlaşdırma sahəsində karyera qurmaq istəyən istedadlı və motivasiyalı gənclər üçün Bankın Transformasiya Akademiyasında İT mütəxəssislərinin hazırlanması proqramına start verir.

Bu proqramda iştirak etməklə, Siz yeni bilik və bacarıqlara yiyələnmək, karyera qurmağa yönəlik, innovativ və sosial məqsədlər daşıyan proqramdan faydalanmaq şansı əldə edirsiniz.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

• Öz işinin peşəkarları yanında təcrübə keçmək;
• Real iş mühiti ilə tanış olmaq;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Namizədlərə qarşı tələblər:

• Ali təhsil;
• Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
• Ümumi komputer bilikləri;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik;
• İnnovativlik və təşəbbüskarlıq.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri proqrama qoşulmağa dəvət edirik.

Maraqlanan şəxslərin öz CV-lərini 12 fevral 2021-ci il tarixinədək [email protected] ünvanına, emailin mövzu hissəsində “İT mütəxəssislərinin hazırlanması proqramı” yazmaqla göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT