“Rabitabank” ASC Kreditlərin Təhlili departamenti, Riteyl Kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Müştəri Xidməti Strukturları tərəfindən şöbəyə daxil olmuş Riteyl Kredit sifarişlərinin sənədlər paketinə uyğunluğunu yoxlamaq;
- Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlamaq;
- Kreditin qiymətləndirilməsi üçün kredit əməkdaşından tələb olunan sənədlərin siyahısını və həcmini müəyyənləşdirmək;
- “Riteyl Kreditlərin Təhlili Şöbəsi” nin kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməsi və ya kreditin təminatının qaydalara uyğun olmasını yoxlamaq;
- Girovun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlamaq;
- Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəfləri vaxtında və keyfiyyətlə icra etmək;
- Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələri icra etmək;
- Daxili prosedur və normativ sənədlərə müvafiq olaraq ona verilmiş səlahiyyətlər daxilində qərarlar qəbul etmək;
- Özünün vəzifə öhdəliklərinə və birbaşa strukturun fəaliyyətinə aid olan məsələlərin həllində iştirak etmək.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- Operativ və düzgün qərarvermə qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda tərkibində işləmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Riteyl Kreditlərin təhlili şöbəsi, Aparıcı mütəxəssis” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |