15 C
Baku
Friday, April 26, 2024

Riteyl Kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi – Rabitəbank

0
Riteyl Kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi – Rabitəbank
Bakı
30.06.2021

“Rabitabank” ASC  Kreditlərin Təhlili departamenti, Riteyl Kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştəri Xidməti Strukturları tərəfindən şöbəyə daxil olmuş Riteyl Kredit sifarişlərinin sənədlər paketinə uyğunluğunu yoxlamaq;
  • Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlamaq;
  • Kreditin qiymətləndirilməsi üçün kredit əməkdaşından tələb olunan sənədlərin siyahısını və həcmini müəyyənləşdirmək;
  • “Riteyl Kreditlərin Təhlili Şöbəsi” nin kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməsi və ya kreditin təminatının qaydalara uyğun olmasını yoxlamaq;
  • Girovun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlamaq;
  • Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəfləri vaxtında və keyfiyyətlə icra etmək;
  • Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələri icra etmək;
  • Daxili prosedur və normativ sənədlərə müvafiq olaraq ona verilmiş səlahiyyətlər daxilində qərarlar qəbul etmək;
  • Özünün vəzifə öhdəliklərinə və birbaşa strukturun fəaliyyətinə aid olan məsələlərin həllində iştirak etmək.

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili biliyi;
  • Operativ və düzgün qərarvermə qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda tərkibində işləmə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Riteyl Kreditlərin təhlili şöbəsi, Aparıcı mütəxəssis” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi