Sədərək filialında Korporativ Müştərilər üçün Əməliyyat Xidmətləri üzrə Kiçik mütəxəssis / Mütəxəssis – Yelo Bank

    Bakı
    Posted 2 weeks ago

    Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək filialında Korporativ Müştərilər üçün Əməliyyat Xidmətləri üzrə Kiçik mütəxəssis / Mütəxəssis” vakansiyasını elan edirik.

    Vəzifə öhdəlikləri:

    • Hüquqi şəxslər və fərdi sahibkarların bütün spektr bank xidmətləri üzrə konsultasiyası və əməliyyat xidməti;
    • Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması və bağlanması;
    • Hüquqi və fərdi sahibkarların hesabların aparılması, qovluqların komplektləşdirilməsi və saxlanılması;
    • Hüquqi şəxslər və fərdi sahibkarlara hesablaşma-kassa xidmətin göstərilməsi;
    • Hesab açılması, əmək haqqı layihəsi, inkassasiya və s. üzrə müqavilələrin hazırlanması;
    • Müştərilərə sənədlərin hazırlanması və verilməsi (hesab üzrə arayış və hesabdan çıxarış, müştərilərin məktub və müraciətlərinə cavab).

    Tələblər:

    •  Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
    •  Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı, Bank üzrə proqramlardan (GNI) istifadə bacarığı arzuolunandır;
    •  İş təcrübəsi: müvafiq sahədə kiçik mütəxəssis üçün tələb olunmur, mütəxəssis vakansiyası üzrə 1-2 il;
    •  Azərbaycan və Rus dilində sərbəst danışıq bacarığı, İngilis dili üzrə biliklər arzuolunandır;
    •  Yüksək analitik və planlama qabiliyyəti;
    •  Səmərəli ünsiyyət qurmaq və komanda ilə işləmə bacarıqları.

    Biz Sizə nə təklif edirik:

    • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
    • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
    • Könüllü tibbi sığorta proqramına qoşulma
    • Yığım sığortasına qoşulma imkanı
    • Müasir idarəetmə sistemi və mehriban kollektiv

    Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “Korporativ bankçılıq _ Sədərək” qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.