9 C
Baku
Friday, December 13, 2024

Şəbəkə və Serverlərin İdarəedilməsi şöbəsinin mütəxəssisi (Helpdesk) – Qala Sığorta

0
Şəbəkə və Serverlərin İdarəedilməsi şöbəsinin mütəxəssisi (Helpdesk) – Qala Sığorta
Bakı
08.07.2024

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • İT sahəsində azı 3 il iş təcrübə;
  • Analitik və problem həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • Active Directory, Group Policy, Microsoft Exchange biləkləri;
  • Windows/macOS əməliyyat sistemində işləmə bacarığı;
  • TCP/İP və OSİ modelin anlayışı, LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək;
  • Müxtəlif Backup proqramları ilə işləmək bacarığı (Veeam, Acronis,);
  • CCTV və Access Control işləmə bacarığı;
  • Periferik və şəbəkə qurğularla işləmə bacarığı;
  • E-poçtun quraşdırılması və konfiqurasiyası;
  • Kabelləri sonlandırmaq (rj45, patch-panel və data yuvasına);
  • PBX administrasiyası, IP telefoniyanın qurulması

Vəzi̇fə və öhdəli̇klər:

  • Serverlərin proqram təminatının işlək vəziyyətdə saxlanılmasını təmin edir;
  • Proqram təminatının serverlərə və iş stansiyalarına yüklənməsi prosesinə nəzarət edir;
  • Şəbəkə resurslarından istifadəyə nəzarəti həyata keçirir;
  • Telekommunikasiya kanalları vasitəsi ilə yerli şəbəkələrlə xarici təşkilatlar arasında məlumat mübadiləsini təmin edir. Sistem istifadәçilәrinin yerli (İNTRANET) və qlobal (İNTERNET) şəbəkələrə giriş imkanını təşkil edir;
  • İnformasiya sisteminin sazlama və fəaliyyət rejiminin təmin olunması üzrə işlərin icrasına rәhbәrlik edir;
  • Sistemin fasiləsiz iş rejimini təmin edir və iş prosesi zamanı baş vermiş hər hansı qüsurların aradan qaldırılmasına dair operativ tədbirlərin görülməsini  icra edir. Servislər işlərinin qüsurlarını aradan qaldırır;
  • İstifadәçilәrin qeydiyyatını aparır, tanınma kodlarını və parolları təyin edir. İstifadәçilәrin siyahısını və onların şəbəkəyə giriş hüquqlarını birbaşa rəhbəri ilə razılaşdırır;
  • İstifadəçilərin a) iş stansiyasından və serverdən istifadəsinə; b) vaxtdan istifadəsinə; c) resurslardan istifadə dәrәcәlәrinə dair imkanlarının mәhdudiyyәtini müəyyənləşdirir;
  • İstifadәçilәrin və şəbəkə proqram təminatının sәhvlәrini aşkar edir və sistemin iş qabiliyyətini bərpa edir;
  • İstifadәçilәri müəssisənin informasiya sistemində iş qaydaları ilə təlimatlandırır;
  • Sistemdә işin tәhlükәsizliyini tәmin edir;
  • Vaxtlı-vaxtında mәlumatların surətlərinin çıxarılmasını və ehtiyata salınmasını təmin edir;
  • Sistemdә kompüter viruslarının mövcud olub-olmamasını mütәmadi yoxlamalar vasitəsi ilə həyata keçirir;
  • Şəbəkə avadanlıqlarının işində baş verən qüsurların aradan qaldırılmasına yönəlmiş texniki xidmətlərlə əlaqədar məsələlərin həllində və eləcə də şəbəkə avadanlıqlarının sıradan çıxması və dayanması ilə sistemin iş qabiliyyətinin bərpa olunmasında iştirak edir;
  • Şəbəkə avadanlıqlarının kənar təşkilatların mütəxəssisləri tərəfindən montaj edilməsi prosesinə nəzarəti həyata keçirir;
  • İnformasiya şәbәkәsindә işin icra intizamına və informasiya texnologiyaları sahəsində standartlara riayət olunmasına nəzarəti həyata keçirir;
  • Şəbəkədən sui-istifadə halları və görülmüş tədbirlər haqqında özünün birbaşa rəhbərinə məlumat verir;
  • Sistem məlumatının jurnalını, digər texniki sənədlərin qeydiyyatını aparır;
  • Kompüter avadanlığının yerləşdirilməsi üçün nəzərdə tutulmuş iş otaqların səhmana salınmasında iştirak edir;
  • Noutbuk, Masaüstü kompyuter, printer və digər şəbəkə avadanlıqları, daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək;
  • Müraciət olunmuş sorğularının vaxtında və düzgün həll edilməsinin təmin edilməsi;
  • İş masalarını domain sisteminə əlavə edilməsi və sazlanılması;
  • Müxtəlif əməliyyat sistemlərinin yüklənməsi və sazlanması (Windows 10/11);
  • “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması.

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 31 iyul 2024-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Helpdesk” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta