Şəki regionu üzrə Kredit mütəxəssisi
Müddət: 21.05.2019 – 05.06.2019
“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına Şəki regionu üzrə kredit mütəxəssisi vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.
Şəki, Zaqatala şəh, Azərbaycan
1. İKA-nın Şəki regionu üzrə kredit mütəxəssisi vəzifəsinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:
– “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı Şəki regionunda olan Birgə Borclu Qrupların üzvlərinin kredit borclarının restruktrizasiyası ilə bağlı tədbirlər görmək;
– BBQ-ların üzvləri ilə görüşlər keçirmək, müqavilələrin bağlanmasını təmin etmək;
– Region üzrə kreditləşmənin aparılmasını, o cümlədən kreditlərin qiymətləndirilməsini və müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
– Region üzrə kredit öhdəliklərinin vaxtında qaytarılması ilə bağlı tədbirlər görür;
– Monitorinq və risklərin idarəolunması üzrə menecerin kreditlə bağlı verdiyi digər tapşırıqları icra etmək.
Müddət
Şəki regionu üzrə kredit mütəxəssisi ilə 3 ay sınaq müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.
İxtisaslaşma
Kredit mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
b) Şəki və ya Zaqatala rayonunda yaşayan şəxs olmalı;
c) İqtisadiyyat, maliyyə və kredit sahəsi üzrə ali təhsil;
d) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;
e) Maliyyə və kredit sahəsində təcrübə;
f) Excel/Word, Access proqramında, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə əla işləmək bacarığı;
g) Ünsiyyət qurmaq, müştəriləri inandıra bilmək bacarığı, əməkdaşlarla birgə işləmək xüsusiyyətləri.
Ünvan:
Bakı şəh., Əhməd Rəcəbli küçəsi “21 F,
Xahiş olunur bank sahəsində təcrübəsi olmayan şəxslər müraciət etməsinlər
[email protected]
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |