23 C
Baku
Saturday, April 20, 2024

Şəki regionu üzrə Kredit mütəxəssisi – İcraçı Kredit Agentliyi BOKT MMC

0
Şəki regionu üzrə Kredit mütəxəssisi – İcraçı Kredit Agentliyi BOKT MMC
İcraçı Kredit Agentliyi
21.05.2019

Şəki regionu üzrə Kredit mütəxəssisi

Müddət: 21.05.2019 – 05.06.2019

İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına Şəki regionu üzrə kredit mütəxəssisi vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.

Şəki, Zaqatala şəh, Azərbaycan

1.  İKA-nın Şəki regionu üzrə kredit mütəxəssisi vəzifəsinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

–  “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı Şəki regionunda olan Birgə Borclu Qrupların üzvlərinin kredit borclarının restruktrizasiyası ilə bağlı tədbirlər görmək;
– BBQ-ların üzvləri ilə görüşlər keçirmək, müqavilələrin bağlanmasını təmin etmək;
– Region üzrə kreditləşmənin aparılmasını, o cümlədən kreditlərin qiymətləndirilməsini və müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
– Region üzrə kredit öhdəliklərinin vaxtında qaytarılması ilə bağlı tədbirlər görür;
– Monitorinq və risklərin idarəolunması üzrə menecerin kreditlə bağlı verdiyi digər  tapşırıqları icra etmək.

Müddət

Şəki regionu üzrə kredit mütəxəssisi ilə 3 ay sınaq müddətinə müqavilə  imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.

İxtisaslaşma

Kredit mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis  bilmək;
b) Şəki və ya Zaqatala rayonunda yaşayan şəxs olmalı;
c) İqtisadiyyat, maliyyə və kredit  sahəsi üzrə ali təhsil;
d) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;
e) Maliyyə və kredit sahəsində  təcrübə;
f)  Excel/Word, Access proqramında,  E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə əla işləmək bacarığı;
g) Ünsiyyət qurmaq, müştəriləri inandıra bilmək bacarığı, əməkdaşlarla birgə işləmək xüsusiyyətləri.

Ünvan:

Bakı şəh., Əhməd Rəcəbli küçəsi “21 F,
Xahiş olunur bank sahəsində təcrübəsi olmayan şəxslər müraciət etməsinlər
[email protected] 
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi