2 C
Baku
Saturday, December 14, 2024

Şəmkir, Şəki, Lənkəran, Cəlilabad, Göyçay, Şirvan, Ağcabədi, Şamaxı filialları – müxtəlif vəzifələr – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
Şəmkir, Şəki, Lənkəran, Cəlilabad, Göyçay, Şirvan, Ağcabədi, Şamaxı filialları – müxtəlif vəzifələr – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
21.11.2019

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir, Şəki, Lənkəran, Cəlilabad, Göyçay, Şirvan, Ağcabədi, və Şamaxı şəhərlərində fəaliyyət göstərəcək filialları üçün Filial rəhbəri, Həkim ekspert və İT mütəxəssisi vəzifələrinə vakant yerlər elan edir.

Filial rəhbəri üçün vəzifə öhdəlikləri:

• Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
• Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
• Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
• Müvafiq inzibati ərazi vahid(ləri)i üzrə əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və əhalidən sığorta haqlarının yığılması təmin etmək;
• Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
• Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
• Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
• Filialın səmərəli işinin təmin edilməsi;
• Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.

Həkim ekspert üçün vəzifə öhdəlikləri:

• Xəstəxanadaxili tibbi ekspertizanın həyata keçirilməsi;
• Tibb təchizatçıları tərəfindən təqdim olunan göstərilmiş tibbi xidmətlərin reyestrlərinə ilkin, texniki və tibbi-iqtisadi dəyərləndirmənin həyata keçirilməsi;
• Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və ya tibbi personal ilə görüşlərin keçirilməsi;

• Sığorta hadisəsi zamanı sığorta olunana tibbi xidmətin keyfiyyətinə (yoxlama periodundan kənar vaxtda tibbi ekspertiza) nəzarət edilməsi;
• Daxil olan müraciətlərin öz səlahiyyətləri daxilində araşdırılması və cavablandırılması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İT mütəxəssisi üçün vəzifə öhdəlikləri:

• İnformasiya sistemlərinə aid olan istifadəçi sorğularının və müraciətlərinin qəbul edilməsi, sistemdə olan səlahiyyət çərçivəsində, sistem istifadəçilərinin sorğularının həll edilməsi;
• Mövcud olan informasiya sistemlərinin dəstəklənməsi, sazlanması və modullarının tətbiqində iştirak;
• Mövcud olan informasiya sistemlərinin təlimatlarının, istifadə və istismarı haqqında metodik və normativ materiallarının hazırlanması və texniki dəstəyinin təmin edilməsi;
• Xəstəxana idarəetmə proqramının dəstəklənməsi.

Vəzifə üçün tələblər:

• Filial rəhbəri və həkim ekspert vəzifələri üçün ali tibb təhsili, İT mütəxəssis üçün isə ali təhsil;
• Filial rəhbəri üçün 5 ildən az olmayaraq, digər vəzifələr üçün 3 ildən az olmayaraq müvafiq sahədə əmək stajı;
• Analitik təhlil, təşkilatçılıq, komandada işləmə, ünsiyyət qurmaq bacarığı;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı.

Maraqlanan namizədlər CV-lərini 6 dekabr 2019-cu il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta