10 C
Baku
Thursday, December 12, 2024

Satınalmalar üzrə assistent – PAŞA Sığorta

0
13.02.2019

PAŞA Sığorta” ASC namizədləri Satınalmalar üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun olmasına, Şirkətin Satınalma Siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalmaları həyata keçirilməsində dəstək üçün məsuliyyət daşıyır;
• Sənədlərin operativ qeydiyyatının aparılması; 
• Sifarişlərin yönləndirilməsi və izlənilməsi;
• Mütəxəssislərə tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verilməsi;
• Müqavilələrin hazırlanması, təsdiqlədilməsi və aidiyyatı strukturlara təqdim edilməsi;
• Bölməyə məxsus digər sənədlərin hazırlanması və doldurulması;
• Məlumatların proqrama daxil edilməsi və daim yoxlanması;
• Vəzifə təlimatlarından irəli gələn bütün tapşırıqların vaxtı-vaxtında icra edilməsi;
• Şirkət daxili layihələrdə iştirak edilməsi;
• Birbaşa rəhbər və departamentin rəhbəri tərəfindən yönələn tapşırıqların həyata keçirilməsi.

Bilik və bacarıqlar:

• Ali iqtisadi təhsil;
• Kompüter bilikləri: MS Office Proqram paketi ilə işləmək;
• Dil bilikləri: Azərbaycan və rus dillərin sərbəst bilmək, ingilis dili orta səviyyədə bilmək.
• Müvafiq istiqamət üzrə 2 il iş təcrübəsi;
• Ofis avadanlıqları ilə işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• Təhlil aparmaq bacarığı;
• İcra etmə bacarığı;
• Komandada işləmək bacarığı.

Son müraciət tarixi: 28 fevral 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta