Bakı
09.08.2024
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə Satış departamentinə mütəxəssis tələb olunur:
Namizədə olan tələblər:
- Təhsil: Ali.
- Ofis proqramlarında işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 1 il -təcrübə.
Əsas vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb edilməsi və Könüllü sığorta məhsullarının təbliği;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və görüşlərin təşkil olunması;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- Əlaqədar şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00
- Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
- Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
- Əlaqə vasitələri : www.qala.az; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini email ünvanına mövzuda “Satış üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər. [email protected]
Son müraciət tarixi: 30.08.2024
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |