Bakı
29.03.2021
Satış üzrə mütəxəssis
Şöbə: Kommersiya departamenti/ Satış şöbəsi
Vəzifə öhdəlikləri:
- Yeni perspektivlərin araşdırılması və telefon zənglərinin edilməsi
- Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi
- Məhsula dair prezentasiya və təqdimatların edilməsi
- Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış üzrə mühəndislərlə sıx işləmək
- Bulud həllərinə başlamaq və genişləndirməkdə satış üzrə mühəndislərlə sıx işləmək
- Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək
- Müqavilə şərtlərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması
- Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması
- Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s.
- Korporativ müştərilərin texniki, maliyyə və təşkilatı tələblərini və ya çətinliklərini analiz etmək
- Şirkət daxilində və xaricində müştəriləri cəlb etmək
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Texniki təhsili olan namizədə üstünlük verilir)
- Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir
- Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
- Microsoft Project kimi proqramları bilənlərə üstünlük verilir
- Brend və məhsul barədə məlumatlı olmalı
- Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratmaq bacarığına, təşkilatçılıq və detallara fikir vermək qabiliyyətinə və öz sahəsi üzrə təkmilləşmək istəyinə malik olmalı
- Texniki sahə üzrə də daxil olmaqla, çox yaxşı şifahi və yazılı ünsiyyət bacarığı
- IT və IT yönümlü xidmət və həllər barədə dərin məlumatlı olmaq
- Bulud məhsullarının bütün növləri barədə dərin bilik və təsəvvürə malik olmaq
- Bulud texnologiyaları sahəsində müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq
Xüsusi tələblər:
- Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı
- Ezamiyyənin nəzərdə tutulması
İş təcrübəsi: Korporativ müştərilərə IT sahədə satış və ya xidmət sifarişlərinin və həllərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
İşin aid olduğu sahə
Kateqoriya | İT |