24 C
Baku
Friday, April 26, 2024

Satış üzrə mütəxəssis – AzInTelecom

0
Satış üzrə mütəxəssis – AzInTelecom
Bakı
29.03.2021

Satış üzrə mütəxəssis

Şöbə: Kommersiya departamenti/ Satış şöbəsi

Vəzifə öhdəlikləri:

  • Yeni perspektivlərin araşdırılması və telefon zənglərinin edilməsi
  • Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi
  • Məhsula dair prezentasiya və təqdimatların edilməsi
  • Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış üzrə mühəndislərlə sıx işləmək
  • Bulud həllərinə başlamaq və genişləndirməkdə satış üzrə mühəndislərlə sıx işləmək
  • Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək
  • Müqavilə şərtlərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması
  • Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması
  • Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s.
  • Korporativ müştərilərin texniki, maliyyə və təşkilatı tələblərini və ya çətinliklərini analiz etmək
  • Şirkət daxilində və xaricində müştəriləri cəlb etmək

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Texniki təhsili olan namizədə üstünlük verilir)
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
  • Microsoft Project kimi proqramları bilənlərə üstünlük verilir
  • Brend və məhsul barədə məlumatlı olmalı
  • Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratmaq bacarığına, təşkilatçılıq və detallara fikir vermək qabiliyyətinə və öz sahəsi üzrə təkmilləşmək istəyinə malik olmalı
  • Texniki sahə üzrə də daxil olmaqla, çox yaxşı şifahi və yazılı ünsiyyət bacarığı
  • IT və IT yönümlü xidmət və həllər barədə dərin məlumatlı olmaq
  • Bulud məhsullarının bütün növləri barədə dərin bilik və təsəvvürə malik olmaq
  • Bulud texnologiyaları sahəsində  müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq

Xüsusi tələblər:

  • Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı
  • Ezamiyyənin nəzərdə tutulması

İş təcrübəsi: Korporativ müştərilərə IT sahədə satış və ya xidmət sifarişlərinin və həllərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

İşin aid olduğu sahə

KateqoriyaİT