Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi – AzerGold QSC

    0

    Posted 2 ay ago

    Şirkət haqqında:

    “AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Vakansiyanın adı: Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi

    Əsas vəzifə və öhdəliklər:

    • Layihə planlama işlərinin həyata keçirilməsi;
    • Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
    • Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
    • Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
    • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
    • Maliyyə modellərinin hazırlanması və təhlili;
    • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
    • Cəmiyyətə məxsus olan bütün məhsulların satışında iştirak, satışla bağlı zəruri işlərin həyata keçirilməsi.

    Tələb olunan bilik, bacarıq və səriştələr:

    • Analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
    • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
    • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

    Tələb olunan təhsil və iş təcrübəsi:

    • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil; 
    • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

    Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
    Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

    Job Features

    Job CategoryDövlət qurumları

    Apply Online