Satış və Marketinq Departamenti / Məhsulların yaradılması üzrə mütəxəssis,aparıcı mütəxəssis – Ziraat Bank

    Bakı
    Posted 2 weeks ago

    Vəzifəyə olan tələblər:

    • Ali iqtisadi/maliyyə təhsili; 
    • Yaşı – 25-35 arası;
    • Məhsulların inkişaf etdirilməsi üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi;
    • Kreativ yanaşma tərzi;
    • Kollektivlə işləmə bacarığı;
    • Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
    • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
    • Excel və Microsoft PowerPointi yaxşı səviyyədə biliklər; 
    • SQL, Visio və digər analoji proqramlar üzrə baza bilikləri;
    • Filialların idarəedilməsində təcrübəsi olması müsbət qarşılanır;
    • Korporativ, Pərakəndə və Rəqəmsal Bankçılıq sahəsində yüksək təcrübə;
    • İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.

    Əsas vəzifələr: 

    • Bazarda olan məhsul və texnologiyalardan xəbərdar olub, buna yönəlik bazar araşdırması həyata keçirmək;
    • Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
    • Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT  ilə işləmək və sistem inkişafı üçün vacib olanları qeydə almaq;
    • Planlaşdırılmış və bütün proyektləri idarə etmək;
    • Məhsulların həyat və əməliyyat dövrünün hazırlanması, təqib edilməsi;
    • Bir məhsulun istehsal proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
    • İnkişaf etdirilən məhsulun hüquqi  qanunlara , yerli və beynəlxalq qaydalara  uyğun olmasını təmin etmək;
    • İnkişaf etdirilən məhsulun qiymətləndirilmə, satış və marketinqini həyata keçirmək. 


    Göstərilən tələblərə cavab verən namizədlər İyun ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması üzrə mütəxəssis,aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online