2 C
Baku
Saturday, December 14, 2024

Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri – Azericard

0
Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri – Azericard
Bakı
15.05.2020

Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri.

İşin təsviri:

• Şirkətin risk və keyfiyyətə nəzarət siyasətinin müəyyən edilməsini təmin etmək;
• Mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi üçün nəzarət mexanizminin hazırlanması və tətbiqi;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
• Risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
• Risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
• Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət;
• Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
• İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
• Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə idarəçilik üzrə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
• Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
• Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.

Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər