8 C
Baku
Thursday, December 12, 2024

Satış və analitika şöbəsinin baş mütəxəssisi – PAŞA Həyat (PASHA Life)

0
17.05.2019

Struktur bölmə: Satış departamenti,Satış və Analitika şöbəsi 
Vəzifə: Satış və analitika şöbəsinin baş mütəxəssisi 
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq 
Tələb olunan işçi sayı: 1 (bir) 
İş saatları (iş rejimi): 09:00 – 18:00 
Son müraciət tarixi: 31 may 2019

Vəzifə Öhdəlikləri:

1. Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması; 
2. Yeni satış imkanlarının araşdırılması və üzə çıxarılması üçün faydalı ola biləcək xarici məlumat mənbələrinin (external data sources) müəyyən edilməsi və məlumatların əldə edilməsi üçün təkliflərin verilməsi; 
 3. Məhsullar üzrə mövcud satış / müştəri bazasının müxtəlif yönümlü seqmentlər (iqtisadi, coğrafi, demoqrafik, davranış, gəlirlilik və s.) üzrə analitik təhlilinin aparılması, gizli trend və imkanların aşkarlanması və hədəflənən müştəri/alıcı profillərinin (buyer profiles) müəyyən edilməsi; 
 4. Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması məqsədilə müştərilərin davranış məlumatlarının təhlil edilməsi (customer behavioral data analysis) və nəticələr əsasında təkliflərin hazırlanması; 
5. Müştərilərin tələblərinə uyğun məhsul və təkliflərin hazırlana bilməsi üçün daxili və xarici məlumat bazaları, həmçinin müştərilərin davranış məlumatları əsasında müştərilərin ehtiyac analizlərinin aparılması və nəticələrin təqdim edilməsi; 
6. Müxtəlif kriteriyalar əsasında lidlərin yaradılması, müvafiq sistemlərə yüklənməsi və satış/marketinq işçilərinə təhkim edilməsi; 
7. Daxili və xarici məlumat mənbələrinin (data sources) analizi əsasında həyata keçirilən marketinq kampaniyalar və yaradılmış lidlər (sales leads) üzrə nəticələri və effektivliyin təhlil edilməsi və təkmilləşdirmə üzrə yeni təkliflərin verilməsi; 
8. Məlumatların sistemlərdə düzgün daxil edilməsi və saxlanması ilə bağlı nəzarətedici mexanizmləri tətbiq edilməsi, problemləri üzə çıxararaq həllinin təmin edilməsi; 
9. Çarpaz satış yönümlü imkanların üzə çıxarılması üçün məhsullar üzrə mövcud məlumat bazalarının təhlili və trendlərin aşkarlanması, həmçinin çarpaz satış yönümlü həyata keçirilən işlərin nəticələri və effektivliyi barədə hesabatların hazırlanması; 
10. Tələblər əsasında müvafiq məlumatların analizini həyata keçirilməsi, müvafiq statistik modellərin qurulması və nəticələr barədə hesabatların hazırlanması və vizuallaşdırılması; 
11. Satış işçiləri üzrə təyin edilmiş hədəflər, satış / performans göstəriciləri üzrə həftəlik, aylıq, rüblük və illik analitik hesabatların hazırlanması və vizuallaşıdırlması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur. 
Təhsili/ixtisası: Riyaziyyat, Kibernetika, Statistika və ya İnformasiya texnologiyaları ixtisasları üzrə ali təhsil tələb olunur 
Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini əla səviyyədə bilməlidir 
Üstünlüklər: Tableau və SPSS biliyi üstünlükdür 
Kompüter bilikləri: PowerBI, MSSQL(T-SQL), R, MS Office 
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, məlumat əldəetmə, problem həlletmə.

İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Satış və analitika şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaSığorta