7 C
Baku
Sunday, December 15, 2024

Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi – AzerGold CJSC

0
Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi – AzerGold CJSC
05.12.2019

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi

Əsas vəzifə və öhdəliklər:

• Layihə planlama işlərinin həyata keçirilməsi;
• Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
• Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
• Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
• Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
• Maliyyə modellərinin hazırlanması və təhlili;
• Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
• Cəmiyyətə məxsus olan bütün məhsulların satışında iştirak, satışla bağlı zəruri işlərin həyata keçirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər