Bakı
14.11.2023
Vakansiyanın təsviri
- Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
- Sənaye mülkiyyəti ilə əlaqədar iddia səndləri üzrə kargüzarlıq işini təşkil edir;
- Daxil olan iddia sənədləri üzrə qeydiyyatın aparılmasını və həmin sənədlərin Əqli Mülkiyyət Hüquqlarının Avtomatik İdarəolunması Sisteminə yerləşdirilməsini təmin edir;
- Agentliyə daxil olmuş iddia sənədlərinin icrasına nəzarəti təmin edir;
- Sektorun iş planını, fəaliyyəti ilə bağlı dövri hesabatları, rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında mütəmadi məlumatları hazırlayır;
- Elektron sənəd dövriyyəsinin təşkilində iştirak edir və ona nəzarət edir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Xüsusi tələblər
- Təhsilə dair tələblər: ali təhsil
- İş stajına dair tələblər: 4 il ümumi iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET-dən istifadə (orta səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-A2;
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |