14 C
Baku
Tuesday, May 14, 2024

Sektor müdiri (Sənədlərin icrasına nəzarət sektoru) – Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi

0
Sektor müdiri (Sənədlərin icrasına nəzarət sektoru) – Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
Bakı
14.11.2023

Vakansiyanın təsviri

  • Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
  • Sənaye mülkiyyəti ilə əlaqədar iddia səndləri üzrə kargüzarlıq işini təşkil edir;
  • Daxil olan iddia sənədləri üzrə qeydiyyatın aparılmasını və həmin sənədlərin Əqli Mülkiyyət Hüquqlarının Avtomatik İdarəolunması Sisteminə yerləşdirilməsini təmin edir;
  • Agentliyə daxil olmuş iddia sənədlərinin icrasına nəzarəti təmin edir;
  • Sektorun iş planını, fəaliyyəti ilə bağlı dövri hesabatları, rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında mütəmadi məlumatları hazırlayır;
  • Elektron sənəd dövriyyəsinin təşkilində iştirak edir və ona nəzarət edir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 4 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET-dən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-A2;

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər