9 C
Baku
Thursday, December 12, 2024

Servis Administratoru – Təcrübəçi – Kontakt Home

0
Servis Administratoru – Təcrübəçi – Kontakt Home
24.07.2019

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Servis Administratoru – Təcrübəçi

Zəruri tələblər:

• Təhsil: Ali (bakalavr) -texniki təhsil arzuolunandır
• İş təcrübəsi: 1 – 3 il
• Dil biliyi : Azərbaycan dilində səlis bilməli; Rus və ingilis dili biliyi üstünlükdür.
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitika qabiliyyəti;
• Liderlik və idarəçilik xüsusiyyətləri;

Vəzifələr:

• Servis idarəçiliyi sistemini mərhələli şəkildə öyrənmək ;
• Servis Mərkəzinin ümumi işinə nəzarəti həyata keçirmək;
• Servisdə yaranan problemlərin aradan qaldırılmasını təmin etmək;
• Servisdə müştəri məmnuniyyətinin ölçülməsinə nəzarət etmək;
• Təmir işlərinin qeydiyyatına, müvafiq hesabatların hazırlanmasına nəzarəti həyata keçirmək.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 6 iş günü,1 gün istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Servis Administratoru- təcrübəçi ” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaTəcrübə proqramları